Modern.az

100-dən artıq idmançı Bakı birinciliyi uğrunda yarışıb

100-dən artıq idmançı Bakı birinciliyi uğrunda yarışıb

Təhsil

7 Mart 2016, 18:01

Dünən Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının Bakı şəhərində fəaliyyət göstərən komandaları arasında yarış keçirilib. Bakı şəhər birinciliyi uğrunda gedən mübarizədə doqquz çəki dərəcəsində 100-dən artıq idmançı gücünü sınayıb.

Tədbirin açılışında çıxış edən Federasiyanın vitse-prezidenti Ceyhun Əşrəfov və baş məşqçi Abbas Hünbətli yarışın 5 mart Respublika Bədən tərbiyəsi və idman gününə həsr olunduğunu qeyd ediblər. Onlar çıxışlarında Federasiyanın bununla da ölkə Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısını alqışladıqlarını, bu istiqamətdə aparılan geniş miqyaslı işləri dəstəklədiklərini nümayiş etdirdiklərini bildiriblər.

Yüksək hazırlıqlı idmançılar arasında çox ciddi mübarizə şəraitində keçən Bakı şəhər birinciliyində qaliblər uyğun olaraq qızıl, gümüş bürünc medallar və diplomlarla təltif olunublar. “Sahil”, “Alov”, “Həyat-1” komandaları daha çox medallar əldə edərək ilk yerləri tutublar.

“Pencak-silat idaman növünün islam ölkələrində yaranması və yayılması onun milli-mənəvi dəyərlərimizlə uyğunluq təşkil etməsinə səbəb olub. Bu da ölkəmizdə getdikcə bu idman növünə böyük marağın yaranması ilə nəticələnib” – bu fikirləri turnirin sonunda nəticələri şərh edən Federasiyanın vitse-prezidenti Ceyhun Əşrəfov deyib.




Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır