Modern.az

Borca görə qonşu qonşusunu güllələdi

Borca görə qonşu qonşusunu güllələdi

Təhsil

7 Mart 2016, 21:17

 

Yevlax sakini öz həmyerlisini güllələyib. Modern.az saytı Anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsində baş verib.  

Qəsəbənin mərkəzində yerləşən ət mağazasının qaşısında qəsəbə sakini Musa Rzayev öz həmyerlisi 75 yaşlı Adil Rüstəmovla mübahisə edib. 

Daha sonra mübahisə davaya çevrilib.

Bu zaman Musa Rzayev mağazaya daxil olaraq orada olan “İJ” markalı tək lülə ov tüfəngini götürərək Adil Rüstəmova arxadan atəş açıb. Kürək nahiyəsindən güllə yarası alan Adil Rüstəmov hadisə yerindəcə dünyasını dəyişib. 

Qəsəbə sakinlərinin verdiyi məlumata görə, tərəflərdən birinin digərinə borcu olub.  Hadisə də bu səbəbdən baş verib. Adil Rüstəmovu qətlə yetirdikdən sonra Musa özü Yevlax rayon polis şöbəsinə gələrək təslim olub.

Hazırda faktla bağlı Yevlax rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsiylə cinayət işi açılıb, araşdırma aparılır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır