Modern.az

Napoleon Bonapartın əşyaları hərraca çıxarılır

 Napoleon Bonapartın əşyaları hərraca çıxarılır

Təhsil

7 Mart 2016, 23:24


Milyarder Kristofer Forbs şəxsi kolleksiyasında olan Napoleon Bonapartın əşyalarını hərraca çıxarıb. Modern.az saytı Report-a istinadən xəbər verir ki, hərracın ilk iki günündə Napoleona aid 1000-dən artıq sənəd, məktublar, 500 ədəd şəkil satılıb.  

40-dan artıq əşyanı muzeylər alıb. Napoleon Bonaparta məxsus olan şlyapa isə 1,8 milyon avroya satılıb.  

Qeyd edək ki, Forbs ailəsi Britaniyanın ən məşhur və zəngin sülaləsi sayılır. Forbs sülaləsinə məxsus olan malikanələrin əksəriyyəti sənət əsərlərinin qorunub saxlandığı məkanlar kimi fəaliyyət göstərir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır