2015-ci il Dövlət Miqrasiya Xidməti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəy verilməsi üçün daxil olmuş 17085 müraciətdən 5440-i və ya 31,84 faizi məqsədəuyğun hesab edilib. Bunlardan 3170-i iş icazəsinin verilməsi, 2270-iş icazələrinin müddətinin uzadılmasıdır.
Daxil olan müraciətlərdən isə 11645 və ya 68, 1 faizi üzrə iş icazəsi verilməsi məqsədəuyğun hesab edilməyib.
Modern.az xəbər verir ki, bu barədə 2015-ci il üzrə Nazirlər Kabinetinin hesabatında qeyd edilib.
Bu müddət ərzində rəy verilməsi üçün göndərilmiş məlumatlara əsasən, əcnəbilərin 37,5 faizi (5409 nəfər ) Türkiyə Respublikası, 12,2 faizi (2078 nəfər) Böyük Britaniya, 10,9 faizi (1862 nəfər) Özbəkistan Respublikası, 7,8 faizi (1338 nəfər) Hindistan vətəndaşlarıdır.
Müsbət rəy verilmiş əcnəbilər əsasən mədənçıxarma, tikinti və emal sənayesi sahələrində işə cəlb olunması nəzərdə tutulub.

Aytən ZƏHRA