Modern.az

Əfv Komissiyası sonuncu iclasa toplanır - Daha 100 müraciətə baxılır

Əfv Komissiyası sonuncu iclasa toplanır - Daha 100 müraciətə baxılır

9 Mart 2016, 12:00


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək. 

Bu haqda Modern.az saytına məlumat verən komissiya üzvü Rəşad Məcid bildirib ki, yenə də müraciətlərə baxılacaq:

“Müzakirələr aparılacaq, daxil olan müraciətlərə baxılacaq. Ümumilikdə komissiyaya 400 müraciət daxil olub. Onlardan 300-nə artıq baxılıb. Bu gün keçiriləcək sonuncu iclasda 100 məhkumun müraciətinə də baxılacaq”. 

R.Məcid qeyd edib ki, komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar hazırlanaraq, ölkə başçısına təqdim olunacaq.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı və bunun çox sayda məhkuma şamil olunacağı gözlənilir.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır