Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

9 Mart 2016, 13:30


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə:

Bakıda və Abşeron yarımadasında                                      

Martın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında  

Martın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.                            

Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır