Modern.az

Avropa Birliyi Rusiyaya qarşı sanksiya vaxtını uzadacaq

Avropa Birliyi Rusiyaya qarşı sanksiya vaxtını uzadacaq

9 Mart 2016, 15:29

Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiya siyahısını uzatmağa hazırlaşır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Birliyin 28 ölkəsi Ukrayadakı silahlı toqquşmalara görə məsuliyyət daşıyan Rusiya, qondarma Donetsk və Luqansk Xalq Respublikalarının rəhbər şəxslərindən ibarət adlı siyahıya daha 6 ay sanksiya tətbiq edəcək.  

Sentyabrın 15-nə qədər uzadılacaq siyahıda 146 fiziki və 37 hüquqi şəxsin adı var.  

Qara siyahıda Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Federasiya Şurasının sədri Valentina Matvienko, baş nazirin müavinləri Dmitri Kozak və Dmitri Roqozin, prezidentin köməkçiləri Vladislav Surkov və Sergey Qlazyev də yer alıb.  

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır