Modern.az

Cəbhə bölgəsində sərgi təşkil olunub

Cəbhə bölgəsində sərgi təşkil olunub

9 Mart 2016, 17:43


Tovuzda gənc rəssamların sərgisi keçirilib. “Hisslərin ifadəsində milli simamız” adlı sərgidə 50-ə yaxın gənc rəssam iştirak edib.

Tovuz rayon Heydər Əliyev Mərkəzində təşkil olunan sərginin iştirakçıları həm paytaxtdan, həm də regiondan olub. 100-dən çox əsərin nümayiş olunduğu sərgidə əsas məqsəd cəbhədə baş verənləri insanlara çatdırmaq, regionda rəssamlığa motivasiya yaratmaq olub.

Paytaxtdan gedən rəssamlarla Tovuzdan, Qazaxdan, eləcə də regionun digər rayonlarından olan gənc rəssamlar görüşərək yeni yaradıcılıq trendlərini müzakirə ediblər. Sərginin təşkilatçısı Nicat Abdullayev bildirib ki, regionda yeni sərgilərin keçirilməsi də planlaşdırılır.

“Biz növbəti sərgilərimizi cəbhə xəttinə yaxın yerlərdə, cəbhə kəndlərində açıq havada keçirməyi planlaşdırırıq. Həmin kəndlərdə rəssamlığa meyli olan gənclərin qeydiyyatını artıq həyata keçirmişik”.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan sərginin iştirakçıları diplom və hədiyyələrlə təltif olunublar.   





Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır