Modern.az

Prezident təhsillə bağlı sərəncamı ləğv etdi

Prezident təhsillə bağlı sərəncamı ləğv etdi

9 Mart 2016, 18:56

 

Prezident İlham Əliyev  “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” 2011-ci il 11 iyul tarixli 1624 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncamda bildirilir:  

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:  

“2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 11 iyul tarixli 1624 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 690) ləğv edilsin”.  

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır