Modern.az

Bu gün Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

 Bu gün Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

10 Mart 2016, 00:03

 

Gürcüstan prezidenti sabah IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Modern.az saytının APA-ya istinadən məlumatına görə, bu barədə prezident administrasiyasından bildirilib.

Məlumata görə, forumda Giorgi Marqvelaşvili hazırda fəaliyyət göstərən 70 ölkənin indiki və sabiq prezidentlərinə müraciətlə çıxış edəcək.

Bildirilib ki, Gürcüstan prezidenti çıxışı zamanı diqqəti regiondakı çağırışlara, Qərb və Şərq münasibətlərinə, regionda Gürcüstanın da cəlb olunduğu layihələrə və işğal olunan ərazilərdəki problemlərə yönəldəcək.

Səfər çərçivəsində Gürcüstan prezidenti Azərbaycan prezidenti İlham Əliyev ilə görüşəcək. Onun həmçinin digər ölkələrin prezidentləri ilə təkbətək görüşləri planlaşdırılıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır