Modern.az

İki direktor vəzifədən çıxarıldı – Bakıda

İki direktor vəzifədən çıxarıldı – Bakıda

10 Mart 2016, 13:05

Bakıda iki mədəniyyət evinin iki direktoru tutduğu vəzifələrindən azad edilib.

Bu barədə  Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən Modern.az-a məlumat daxil olub.

Məlumata görə, vəzifədən azad olunanlardan biri idarənin M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin direktoru Əliyeva Səyyarə Əjdər qızıdır.

Digər işdən çıxarılan şəxs isə Nizami adına Mədəniyyət Mərkəzinin direktoru Əliyev Eldəniz Eldar oğlu tutduqları vəzifədən azad olunub.

Qeyd edək ki, bu ilin əvvəlindən başlayaraq Bakı şəhərində yerləşən mədəniyyət müəssisələrində əmək fəaliyyətində aşkar edilmiş nöqsanlara görə idarə tərəfindən bir sıra kadr dəyişikliyi həyata keçirilib.

Ağa AKİFOĞLU
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır