Modern.az

Aygün Kazımovanı TƏXRİBATA çəkən cinsi azlığın kimliyi açıqlandı - FOTOLAR

Aygün Kazımovanı TƏXRİBATA çəkən cinsi azlığın kimliyi açıqlandı - FOTOLAR

11 Mart 2016, 10:23


“Son günlər bir sıra yerli saytlar xalq artisti Aygün Kazımova haqqında həqiqəti əks etdirməyəm, şər və böhtan xarakterli yazılar dərc edirlər”. Bu haqda Modern.az-a Aygün Kazımovanın mətbuat xidmətinin rəhbəri İsa Şükürov bildirib. 

“Dərc olunan xəbərlərdə Aygün Kazımovanın guya erməni agentləri ilə əlaqəsinin olması bildirilir. İlk olaraq hər bir jurnalistdən xəbər yazarkən araşdırma aparmağı xahiş edirik. Şər və böhtan xarakterli məqalə dərc edən bütün media orqanları dərk etməlidir ki, məsuliyyətə cəlb oluna bilər. Və bu kimi yazılar Cinayət Məcəlləsində qanunla təznimlənir”.

Bəs bu yalan informasiyanı yayan kimdir?

Xalq artistinin nümayəndəsi bildirib ki, Aygün Kazımova haqda həqiqəti əks etdirməyən informasiyaları mediaya ötürən şəxs Murad adlı azərbaycanlıdır ki, o, sonradan özünü yarıqadın edərək Masya adı ilə məşhurlaşan cinsi azlıq kimi tanınır.

“Yaşam tərzinə görə Azərbaycanı tərk edib. Bir müddət Türkiyədə yaşayıb. Qanunsuz əməllərinə görə Türkiyədən deportasiya olunub.

Həmin şəxs sosial şəbəkələrdə Azərbaycan adını ləkələməklə məşğuldur. Özünün əxlaqsız şəkillərini sosial şəbəkədə paylaşan Masya azərbaycanlı olduğunu bəyan edir.

Masyanın uzun illərdir gürcü modelyer Ramazzo ilə ədavəti var. Aygün Kazımovanın həmin modelyerdən libaslar alması isə üzdəniraq həmyerlimizin xoşuna gəlmir. Məhz bu səbəbdən mütəmadi olaraq Aygün Kazımova haqda həqiqəti əks etdirməyən informasiyalar yaymaqla məşğuldur.

Təəssüf olsun ki, nüfuzlu media orqanları heç bir araşdırma aparmadan, yoxlamadan bu şəxsin dediklərini dərc edir. Hətta xəbərlərin yayılması üçün Masya tərəfindən bir sıra jurnalistlərə pul da təklif olunub.



Məsələnin gündəmə gələcəyini isə xalq artisti özü əvvəldən bildirdi. Məhz bu səbəbdən bu xəbərlərin çıxmasından bir neçə gün öncə 106.3 FM-də qonaq olan xalq artisti Aygün Kazımova canlı yayımda ona hazırlanan təxribatdan danışmış və bütün media nümayəndələrindən bu məsələ ciddi yanaşmasını xahiş etmişdi. Onun sözlərini olduğu kimi təqdim edirəm:

“Bu yaxınlarda bir xəbər də çıxacaq. İndidən deyim, media işçiləri bilsin. Bir qrup mənə qarşı təxribat hazırlayır. Guya üzdəniraq qonşularımız ilə hansısa məsələdə adım hallanacaq. Bir onu deyim ki, erməniyə güllə atan, erməni ilə dostluq etməz. Amma bu xəbər də bu yaxınlarda çıxacaq. Mən belə şeylərə gülürəm. Başa düşürəm ki, “Aygün” sözünün sinonimi “gündəm”dir, “reytinq”dir, reklamdır. Bu xəbəri çıxaran insanların halına acıyıram”.

Onu da xatırladım ki, yenidən gündəmə gələn mövzu təqribən iki il əvvəl ANS telekanalının keçmiş aparıcısı Aytən Səfərova səhlənkarlığı üzündən gümdəm olub. Lakin xəbərin çıxdığı günün səhərisi ANS telekanalının aparıcısı Aygün Kazımovadan üzr istəmiş və xəbəri təkzib etmişdi”,-deyə xalq artistinin nümayəndəsi vurğulayıb.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır