Modern.az

Mərkəzi Bankdan XƏBƏRDARLIQ: “Həmin məktub saxtadır”

Mərkəzi Bankdan XƏBƏRDARLIQ: “Həmin məktub saxtadır”

11 Mart 2016, 10:31

Sosial şəbəkələrdə Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı ildən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az saytına bildirib ki, həmin məktub saxtadır:

“İctimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan “üzən məzənnə” siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur”.


Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır