Modern.az

Bakıda “qarmoşkalı” avtobusun sınaq müddəti uzadıldı

Bakıda “qarmoşkalı” avtobusun sınaq müddəti uzadıldı

11 Mart 2016, 12:52

İritutumlu, 18 metrlik (“qarmoşkalı”) avtobuslar 1 saylı avtobusun hərəkət etdiyi marşrut xətti üzrə sınaqdadır. Bu sözləri Modern.az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O qed edib ki, ən optimal marşrut xəttii müəyyən edilincəyə qədər 18 metrlik avtobuslardan istifadə üçün sınaq davam edəcək.

“18 metrəlik avtobuslar hələ ki, 1 saylı avtobusun hərəkət etdiyi marşrut xətti üzrə sınaqdadır. Ancaq Bakının bizə məxsus marşrut avtobuslarının digər xətləri üzrə də sınağı nəzərdə tutulduğundan bu müddət bir qədər də uzadılıb”.

Sınaqdan keçirilən avtobus 170 nəfər tutur, uzunluğu 18 metrdir. Fransanın ən məşhur şirkətlərindən birinin istehsalıdır.


Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır