Modern.az

Səhiyyə Nazirliyi 5 yaşlı uşağın ölüm səbəbini araşdırır

Səhiyyə Nazirliyi 5 yaşlı uşağın ölüm səbəbini araşdırır

11 Mart 2016, 13:53



Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında vəfat edən 5 yaşlı Ömər Fətəliyevin ölüm səbəbləri araşdırılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, iş Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, ölüm hallarının araşdırılması üzrə Komissiyaya təqdim edilib.

“Araşdırmanın nəticəsi 10-15 gün çəkir. Nəticələr bilindikdən sonra ictimaiyyətə məlumat veriləcək. Eyni zamanda, atasına təqdim edilən ölüm kağızında da uşağın nədən öldüyü bildiriləcək”.

Qeyd edək ki, martın 4-də halı pisləşən Ö.Fətəliyevə yaşadığı ərazi üzrə poliklinika, 1 saylı Kliniki Tibbi Mərkəzi, Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında baxılsa da, problemin nə olduğu bilinməyib. ATU-nin Tədris Terapevtik Klinikasına koma vəziyyətində gətirilən uşaq suni nəfəs aparatına qoşulsa da, həyatını xilas etmək mümükn olmayıb.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır