
Bir neçə ay öncə Amerikada ürək tutmasından vəfat etdiyi bildirilən Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesinin öldürüldüyü məlum olub.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki. Amerikada keçirilən məhkəmə tibb ekspertizası keçmiş nazirin küt alətlə vurulan zərbədən keçindiyini müəyyənləşdirib.Paytaxt Vaşinqtonun “Dyupon Serkl” mehmanxanasındakı nömrəsində ölü tapılan Lesinin ölüm faktı ilə bağlı araşdrımalar başlanılıb. Kolumbiya dairəsinin polis rəisi Fdastin Sternbek bəzi detalların istintaq sirri olduğu üçün açıqlanmayacağını deyib.
Artıq Kreml məsələyə reaksiya verib. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov faktla bağlı qarşı tərəfdən daha detallı məlumat almaq istədiklərini deyib.
Mixail Lesin 1999-2004-cü illərdə çap, teleradio yayımı və kütləvi kommunikasiya vasitələri üzrə nazir vəzifəsində çalışıb.
Vüqar İsmayılov