Modern.az

Bu siqaret kəskin ucuzlaşdı

Bu siqaret kəskin ucuzlaşdı

Təhsil

11 Mart 2016, 19:06

Azərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.

Modern.az-ın report-a istinadən xəbərinə görə, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb.  

Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.  

Məsələ ilə bağlı "Imperial Tobacco"dan bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.  

Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:

"Prima Deluxe" – 1,40 AZN

"ClassicKingSize" – 1,60 AZN

"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN

"WestCompact" – 2 AZN

"P&S" – 2 AZN

"Davidoff" – 3 AZN.

Modern.az

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...