Modern.az

BDU Ukrayna universiteti ilə müqavilə imzaladı - FOTOLAR

BDU Ukrayna universiteti ilə müqavilə imzaladı -  FOTOLAR

12 Mart 2016, 14:45


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Bogdan Xmelnitski adına Çerkassı Milli Universitetinin rektoru, professor Çerevko Aleksandr Vladimiroviçlə görüşüb.  

BDU-dan Modern.az-a verilən məlumata görə, rektorlar təmsil etdikləri ali məktəb haqqında danışıb, əməkdaşlıq məsələlərini müzakirə edib, bugünkü görüşün universitetlərarası əlaqələrin inkişafına təsirsiz ötüşməyəcəyinə əmin olduqlarını bildiriblər.

Görüşün və müzakirələrin nəticəsi olaraq Bakı Dövlət Universiteti ilə Bogdan Xmelnitski adına Çerkassı Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilələrdə elmi tədqiqatların aparılması, müəllim, doktorant və tələbələrin mübadiləsi, təcrübə və informasiya sahəsində birgə iş, müxtəlif mövzularda konfransların, seminarların keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi, Nanoaraşdırmalar və Tədris Elektron Mərkəzi ilə tanış olublar.

Modern.az

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...