Modern.az

Ərdoğan Azərbaycana gəlir

Ərdoğan Azərbaycana gəlir

12 Mart 2016, 14:56


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

APA-nın verdiyi xəbərə görə, səfər cəmi 3 gündən sonra, martın 15-də baş tutacaq. Səfər zamanı Azərbaycanda yüksək səviyyəli görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.

Bu günlərdə isə Türkiyənin Bakıdakı səfiri İsmail Alper Çoşqun Ərdoğanın Bakıya aprel ayında gələcəyini bildirmişdi.  

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...