Modern.az

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılması qərarını dərc etdi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların uzadılması qərarını dərc etdi

12 Mart 2016, 15:10


Avropa İttifaqı Ukraynanın “ərazi bütövlüyünün pozulmasında” günahlandırdığı Rusiya və Ukrayna vətəndaşları və hüquqi şəxslərinə dair individual sanksiyaların müddətinin sentyabrın 15-dək uzadılmasına dair qərarı təsdiq edib.

Modern. az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qərar Avropa İttifaqının rəsmi jurnalında dərc edilib.

Rəsmi olaraq Aİ Şurası tərəfindnə sanksiyalar 146 nəfər və 37 hüquqi şəxsə qarşı martın 10-da qəbul edilmiş qərarla möhkəmləndirildi. 

Qərar Aİ-yə üzv ölkələrin Daxili İşlər və Ədliyyə nazirliklərinin rəhbərləri tərəfindən müzakirəsiz təsdiqlənib. Qərar müzakirəsiz təsdiqlənib.

“Qərar rəsmi jurnalda dərc edildiyi gündən qüvvəyə minir”, - dərcdə bildirilib.

Ağa AKİFOĞLU

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...