Modern.az

Azərbaycan və İran arasında məhbus mübadiləsi

 Azərbaycan və İran arasında məhbus mübadiləsi

12 Mart 2016, 21:59

 

Azərbaycan və İran arasında Novruz bayramı ərəfəsində məhbusların mübadiləsi baş tutacaq. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. İranXarici İşlər Nazirliyinin sözçüsü  Hüseyn Cabiri Ənsarinin sözlərinə görə, bu mübadilə Azərbaycanla İran arasında ekstradisiya müqaviləsi əsasında, hər iki ölkənin XİN-ləri və İranın Bakıdakı səfirliyinin səyi nəticəsində baş tutub.  

H.Cabiri Ənsari bildirib ki, bu gün Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər və İran həbsxanalarında cəza çəkən 4 azərbaycanlı ölkələrinə qaytarılıb. 

Onun sözlərinə görə,  məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...