Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərini bombardman edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə hərbi təyyarələrinin zərbələri nəticəsində 67 terrorçu məhv edilib. Əməliyyatın təfərrüatları barədə məlumat verilmir.
Modern.az