Modern.az

“Eurovision-2016”nın vaxtı məlum oldu

 “Eurovision-2016”nın vaxtı məlum oldu

12 Mart 2016, 22:42

 

“Eurovision-2016” mahnı müsabiqəsinin vaxtı məlum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, əvvəlki illərdə olduğu kimi bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq.

Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək.

Müsabiqə Stokholmda “Globen Arena”da keçiriləcək.

Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar.

Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.

Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, “Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...