Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq.
Səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Modern.az