Modern.az

Çex Respublikası Parlamentinin sədri Bakıdadır - FOTOLAR

Çex Respublikası Parlamentinin sədri Bakıdadır - FOTOLAR

13 Mart 2016, 19:00

Çex Respublikası Parlamentinin sədri Yan Xamaçekin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Modern.az xəbər verir ki, Y. Xamaçek jurnalistlərə açıqlamasında yenidən Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib:

“Azərbaycana bir daha səfər etdiyim üçün çox şadam.  Bir çox sahələrdə etdiyimiz strateji tərəfdaşlığı yüksək qiymətləndirirəm. Çexiya ilə Azərbaycan  mühüm tərəfdaş ölkələrdir”.

Y. Xamaçekin Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşlər keçirməsi nəzərdə tutulur.

Görüşlərdə iki ölkə arasında əlaqələrin mövcud durumu və əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir. 

Səfərin martın 15-ə qədər davam edəcəyi planlaşdırılır. 

Ağa AKİFOĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...