Modern.az

Bayram günlərində bölgələrə getmək istəyənlər artıb

Bayram günlərində bölgələrə getmək istəyənlər artıb

Təhsil

14 Mart 2016, 11:48


Qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar bölgələrə gedən sərnişinlərin sayında artım müşahidə edilir. Hətta bir çoxları indidən bilet tapmaqda çətinlik çəkir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Modern.az saytına bayram günlərində qurumun gücləndirilmiş, növbəli iş rejimində çalışacağını bildirib:

“Bütün stansiyalarda, sərhəd keçid məntəqələrində mühafizə gücləndiriləcək. Bayram günlərində sıxlığın olacağı nəzərə alınaraq 20 əlavə vaqon texniki baxışdan keçib. Yəni, sıxlıq yarandığı təqdirdə əlavə vaqonlar qoşulacaq. Sərnişinlər tam təhlükəsiz şəraitdə mənzil başına çatdırılacaqlar”.  

Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...