Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Qan Bankı Martın 10-dan Aprelin 1-dək öz qan könüllülərini gözləyir.
Bildiyiniz kimi qan vermədə vətəndaş dəstəyi çok önəmlidir. Donor olmaqla siz qana ehtiyacı olan xəstələrin həyatını xilas etmiş olursunuz.
Qan verən insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edər. Hər dəfə qan verildikdə qan analizi edilir. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşagı düşür. Qəza nəticəsində yaralanan birinin, müxtəlif xastəliklərdən əziyyət çəkən bir körpənin, qan vurulmazsa öləcək bir xəstənin sizin verdiyiniz qanla həyata qayıtmasıyla sizə verdiyi mənəvi rahatlıq isə ölçüsüzdür.
Qan könülləri hər gün saat 9.00-dan 17.00-a arasında müraciət edə bilərlər.
Modern.az