
Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib. Yazıçılar Birliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, toplantıda bir sıra məsələlərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə təyinat da müzakirə edilib. Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab Leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib. Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.
Modern.az