
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezident Vladimir Putinin martın 15-dən başlayaraq Suriyadan qoşunların çıxarılması ilə bağlı verdiyi qərarı sərt tənqid edib.
Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, qalmaqallı siyasətçi bu addımın vaxtından əvvəl atıldığını deyib.
“Məncə, biz qoşunları çox tez çıxardırıq. Əfqanıstanla bağlı səhv harda idi: qoşunları çıxarmaq yox, daha da irəli apararaq NATO üzvü olmayan Pakistana daxil olmaq lazım idi”.
Siyasətçinin fikrincə, rus qoşunları Suriyadan çıxan kimi hökumət qüvvələri məhv ediləcək və mötədil müxalifət Dəməşqi alacaq.
Vüqar İsmayılov