Modern.az

“Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır”

“Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır”

Təhsil

15 Mart 2016, 13:42

“Ötən il ölkəmizdə “Kənd təsərrüfatı” ili idi. 2015-ci il bu sahədə uğurlu oldu. Artıq bir çox ərzaq məhsulları ilə özümüzü təmin edirik”.

Modern.az xəbər verir ki, bunu deputat Musa Quliyev deyib. O qeyd edib ki, Azərbaycanda ixracyönümlü məhsullar da istehsal olunur.

O vurğulayıb ki, Prezident İlham Əliyev aqrar sistemə daim öz dəstəyini göstərir. Deputat təklif edib ki, Gəncə-Bakı aviareysi hər gün həyata keçirilsin:

"Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin adamları istifadə etmir. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm”.

Aytən Zəhra

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı