Modern.az

Siyasi ekspert: “...dövlət təhlükəsizliyinə müxtəlif təhdidlər var”

Siyasi ekspert: “...dövlət təhlükəsizliyinə müxtəlif təhdidlər var”

Təhsil

15 Mart 2016, 15:58

“Konkret hansısa dövlət tərəfindən Azərbaycana təhdidin olması fikri bir az mücərrəd fikirdir. Çünki bu gün Azərbaycan üçün ən böyük problem Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bu isə bizim təhlükəsizliyimizə ən böyük təhdiddir”.

Bu sözləri Modern. az saytına açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Ekspert hesab edir ki, Azərbaycanın ərazisi elə də böyük olmadığına görə hansısa təhdid və ya risk olarsa, qarısını almaq asandır:

“Hazırda müəyyən dərəcədə narahatçılıq var və bu narahatçılığın qarşısını almaq üçün istər hüquq-mühafizə orqanları, istər hərbi qüvvələrimiz müvafiq addımlar atır. Qeyd etmək istəyirəm ki, Türkiyə ilə və digər böyük dövlətlərlə müqayisədə Azərbaycan ərazi cəhətdən də böyük deyil və hər hansı təhlükəsizliyə təhdidlərin qarşısını almaq daha asandır.

Bununla belə, heç bir dövlət terrordan sığortalanmayıb. Lakin bunun qarşısını almaq üçün tək hüquq-mühafizə orqanları deyil, yerli sakinlər də dövlət orqanları ilə əlaqəli olmalıdır. Təhdid üçün ən həssas sahə olan metropoliten, hava limanları, dəmiryolu və sair kimi strateji əhəmiyyətli yerlərdə ayıq-sayıqlığı əldən vermək olmaz”.

Arzu Nağıyevin sözlərinə görə, dünyada milli təhlükəsizliyə və dövlət təhlükəsizliyinə müxtəlif təhdidlər var.

“Bunlar iqtisadi, siyasi, təbii fəlakətlər, terror, dini radikalizm təhdidi və sairdir. Bu təhdidlərin sayı 3-dən artıq olanda, dövlətlər təhlükəsizlik haqqında düşünməyə başlayır.

Məsələn, ABŞ-da 3 cür təhdid forması var idi. 11 sentyabr hadisələrindən sonra onlar dini radikalizmi də təhdid kimi qəbul etdilər və bu istiqamətdə müvafiq addımlar atdılar.

Azərbaycan da elə bir coğrafi ərazidə və geosiyasi məkanda yerləşib ki, həm də Şərqin və Qərbin vəhdət tapdığı bir nöqtədir. Yəni burada hansısa təhdidlərin olması təbii ki, qaçılmazdır.

Unutmaq lazım deyil ki, Suriyadan 400 kilometr aralıda yerləşirik. Bir tərəfdən İran, bir tərəfdən də Rusiya ilə elə bir sərhəddəyik ki, Şimali Qafqazda baş verən proseslər daim Azərbaycana da təsir edir”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı