
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı ilə görüşdükdən sonra liderlərin birgə mətbuat konfransı keçirilib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan martın 13-də Ankara olan terror hadisəsinə diqqət çəkib. Prezident deyib ki, bu hücumla terror təşkilatı cani və alçaq üzünü bir daha nümayiş etdirib.“Hücumun hədəfi millətimiz arasına qorxu salmaq, Türkiyəni məqsədindən, iddialarından geri çəkməkdir. Amma heç zaman bunu bacarmayacaqlar.
Terroru alət kimi istifadə edənlər, məsum insanların qanları üzərindən hesab götürmək istəyənlər Türkiyəni diz çökdürə bilməyəcəklər. Əksinə, özləri diz çökəcəklər”.
Türkiyə lideri Azərbaycanın Ankaradakı terror hadisəsinin pisləməsini də alqışlayıb.
“Azərbaycan Ankaradakı terrordan sonra nümayiş etdirdiyi mövqe ilə qara günün dostu olduğunu göstərdi”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Ankaraya səfər edib.
Aqşin KƏRİMOV