Modern.az

Komitə sədri Qüdrət Həsənquliyevi qeyri-obyektivlikdə SUÇLADI

Komitə sədri Qüdrət Həsənquliyevi qeyri-obyektivlikdə SUÇLADI

Təhsil

15 Mart 2016, 16:28

Milli Məclisdə deputatların müzakirələri davam edir.

Modern.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmkarı Qüdrət Həsənquliyevin məhkəmə qərarların icrası və hüquq islahatları ilə bağlı dediklərinə münasibət bildirib.  

Deputat qeyd edib ki, məhkəmə qərarının icrası məhkəmə qərarının yekunu deməkdir.

“Ümumilikdə məhkəmə qərarların icrası ilə bağlı ciddi tədbirlər görülüb. 2014-cü ildə 70 faiz iş görülüb. 2015-ci ildə məlum məsələlərlə bağlı məhkəmə işləri artıb, 2015-ci ildə 500 min məhkəmə işi olub. Biz ümumi vəziyyətə obyektiv qərar verməliyik. Qüdrət müəllim qərəzli fikir bildirməyib, amma obyektiv də yanaşmır.

Həmkarlarımız iclaslarda məhkəmə qərarlarının icra olunmaması ilə narazılıqlarını bildirirlər. Gorülmüş işlər kifayət qədərdir və bundan sonra da görməyə hazırıq”.  

Deputat Fəzail Ağamalı bildirib ki, ənənəvi sənaye müəssisələrinin yeni texnologiya ilə təmin etməliyik.  

“Xüsusilə toxuculuq, trikotaj, qida, tikinti sahələrini regionlarda inkişaf etdirmək lazımdır. Digər tərəfdən kənd təsərrüfatı məhsullarına əhəmiyyət vermək lazımdır. Son islahatlar özünün müsbət nəticəsini verməkdədir.

Təkcə Kənd Təsərrüfatı Nazirliyi deyil, bu sahəyə aiddiyatı az və ya çox olan bütün qurumlar işlər görməlidir. Bu ölkəyə küllü miqdarda valyuta gətirməyə də yardımçı olacaq”.

Aytən Zəhra  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı