Modern.az

Din xadimi möminlərin qadınları döymək qaydalarından DANIŞDI

Din xadimi möminlərin qadınları döymək qaydalarından DANIŞDI

15 Mart 2016, 17:42

Qəzza sektorunun müftisi Həsən əl-Laham yerli Fələstin televiziyasının qonağı olub.

Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, verilişdə müfti qadını döyən zaman hansı qaydalara riayət olunmasından danışıb.

Din xadimi mömin adamın bu işi mərhələ-mərhələ həyata keçirməli olduğunu deyib.  

“Allah buyurub: əvvəlcə qadına xəbərdarlıq edin, sonra onndan uzaqlaşın, bu da fayda etməzsə, onu döyün, axırda isə məhkəməyə müraciət edin”.  

Laham qadının döyülməsi üçün uyğun zaman və məkanın seçilməli olduğunu deyib.  

“Döyülmə ağır xəsarətlərə yol açmamalıdır ki, polis çağırılmasın. Qadının qolunu qırmaq, ondan qan çıxartmaq və üzünü eybəcər hala salmaq məsləhət deyil”.   Müfti qadının döyülməsini ərinin onu hələ də sevdiyini xatırlatdığını deyib.

“Döyülmə bizim hələ də qadınlara Allahdan buyrulan sevgini hiss etdiyimizi göstərir”.  

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...