Pakistanda ağır cinayətlər törədən terrorçularla bağlı olan 13 nəfər barəsində edam hökmü çıxarılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, mühakimə olunanlar “Təhrik –i-taliban Pakistan” terror qruplaşmasının üzvləridirlər.
Həbs edilənlərin hamısı təqsirlərini boyunlarına alıblar. Pakistanın baş naziri Nəvaz Şərif ölkədə 2008-ci ildə ölüm hökmünə qoyulan moratoriumu 2014-cü il dekabrın 17-də ləğv edib.
Modern.az