Modern.az

Neft Fondu hərraca 100 milyon çıxardı, 39 milyon satdı

Neft Fondu hərraca 100 milyon çıxardı, 39 milyon satdı

16 Mart 2016, 13:00


Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb.

ARDNF-dan Modern.az saytına verilən məlumata görə, hərracda iştirak edən 8 banka 39,1 milyon ABŞ dolları satılıb.

ARDNF il ərzində hərraclar vasitəsilə valyuta satışını davam etdirəcək.

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...