Modern.az

«Pegasus» sərnişinləri Qəbələyə özü daşıyacaq

  «Pegasus» sərnişinləri Qəbələyə özü daşıyacaq

17 Mart 2016, 01:21

 

Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti Bakıda avtobus xidmətinə başlayıb. Modern.az saytı xəbər verir ki, şirkətdən artıq yeni açılan marşrutla Bakı-Qəbələ və Qəbələ-Bakı istiqamətində hərəkət etməyin mümkünlüyü bildirilib.

Qeyd edilən istiqamət üçün Bakıda iki dayanacaq "28 May" və "20 Yanvar" metro stansiyaları müəyyən edilib. Xidmət günləri Bakı-Qəbələ tərəfə çərşənbə, cümə və bazar günləri, Qəbələ-Bakı- istiqamətində isə bazar ertəsi, cümə axşamı və şənbə günləri seçilib. 

"28 May" metro stansiyasından çıxış 21:30, "20 Yanvar" metro stansiyasından çıxış 22:00, habelə "Qəbələ" hava limanından Bakıya çıxış 04:30-da və "Qəbələ" hava limanına çatma vaxtı saat 02:30-da yerinə yetiriləcək.

Qeyd edək ki, bu istiqamətə qiymət agentliklərdən alınarkən 15 AZN (tək gediş),  19 AZN (gediş-gəliş), onlayn bilet alınarkən isə 19 AZN təşkil edir (tək gediş).

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...