
Ötən gecə keçirilən iki oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Modern.az-ın məlumatına görə, son oyun günündə "Barselona" və "Bavariya" klubları da 1/4 finala vəsiqə qazanıb.
“Barselona” İspaniyada “Arsenal”ı qəbul edib və3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi 1/4 finala adlayıb.
Digər oyunda isə “Yuventus” “Bavariya”nın qonağı olub. Almanlar qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıblar.
"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 3:1 (İlk oyun - 2:0)
"Bavariya" (Almaniya) - "Yuventus" (İtaliya) - 4:2 (İlk oyun - 2:2)
Bununla da, 1/4 finalın bütün iştirakçıları müəyyənləşib. Beləliklə, ÇL-in 1/4 finalında mübarizə aparacaq 8 komanda bunlardır:
"Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Volfsburq" (Almaniya), "Barselona" (İspaniya), "Bavariya" (Almaniya)
Qeyd edək ki, 1/4 finalın püşkü cümə günü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.