Modern.az

“Hökumətə iki böyük layihə vermişik”

“Hökumətə iki böyük layihə vermişik”

17 Mart 2016, 14:06

 

“Devalvasiya və neftin qiymətinin düşməsinə baxmayaraq işlərimiz davam edir, amma sürət azalıb”.  Bu sözləri Modern.az-a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib. O qeyd edib ki, əvvəlki kimi böyük işlər görmək çətindir.

“Hazırda hökumətə iki böyük layihə vermişik. Layihələrdən biri Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Taxtakörpü su anbarının tikintisi ilə birlikdədir.

Digər layihə isə Şəmkir Su elektrik Stansiyası ilə bağlıdır. Bunların nəticələri suvarılan torpaqların istifadəyə verilməsidir ki, hal-hazırda iş gedir”.  

Ə.Əhmədzadə qeyd edib ki, iki böyük həcmli layihənin 2-3 ilə yekunlaşacaq.  

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...