Modern.az

Fransalı siyasətçidən Türkiyəyə İTTİHAM: “Bu, şantajdır”

Fransalı siyasətçidən Türkiyəyə İTTİHAM: “Bu, şantajdır”

Təhsil

17 Mart 2016, 15:22

 

Fransanın millətçi təmayüllü “Milli Cəbhə” partiyasının sədri Marin Le Pen Türkiyənin Suriya qaçqınlarını öz ərazisində saxlamaq üçün Avropa Birliyindən 6 milyard avro yardım tələb etməsini şantaj adlandırıb.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Le Pen bu barədə Avropa Birliyi-Türkiyə Sammiti öncəsi qonağı olduğu radiostansiyaların birində deyib.  

“Bu şantajdır. Biz sərhədlərimizə nəzarəti o qədər itirmişik ki, Türkiyənin şantajına boyun əyirik”.

Xanım siyasətçi Avropaya axın edən qaçqınların Türkiyə rəhbərliyinin əlində güclü arqumentə çevrildiyini və Brüsseldən geniş imtiyazlar qazanmaq üçün təzyiq vasitəsi kmi isitfadə etdiyini deyib.  

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...