Modern.az

Putin Suriyada əməliyyatların xərclərini açıqladı

Putin Suriyada əməliyyatların xərclərini açıqladı

Təhsil

17 Mart 2016, 16:22


Rusiya prezidenti Vladimir Putin Suriyada Rusiya ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara 33 milyard rubl (479,1 milyon dollar) vəsait xərcləndiyini bildirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putin Suriyadan qayıtmış hərbi qulluqçularla görüş zamanı deyib.

“Əlbəttə ki, Suriyadakı əməliyyatlar müəyyən maliyyə tələb edirdi. Bu xərclərin əsas hissəsi Müdafiə Nazilriyinin boynuna düşüb”.

Rusiya mediası 2015-ci il oktyabrın sonları üçün Suriyadakı əməliyyatların bir günü üçün Rusiyanın 2,5 milyon dollar xərclədiyini hesablamışdı. Sonradan ərəb ölkəsinə Su-35 qırıclarının və S-400 zenit-raket kompekslərinin yerləşdirilməsi xərcləri sutkada 3,3 milyon dollara çatdırmışdı.

Rusiya ordusunun Suriyadakı əməliyyatları sentyabrın 30-da başlamışdı.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...