
Novruz bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfində füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Beyləqan, İmişli Sabirabad rayonlarında şəhid ailələrinə, o cümlədən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə bayram sovqatları paylanıb.
Rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, hər bir bayram sovqatının tərkibində un, duru yağ, düyü, şəkər tozu, çay və digər ərzaq məhsulları olub.
Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən bayram sovqatları şəhid ailələrinə və Qarabağ əlillərinə təqdim olunmuş, onların Novruz bayramları təbrik edilib.
Şəhid ailələri və Qarabağ əlilləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.