Modern.az

Milli Məclis nüvə məsələsi ilə konvensiyaya düzəlişi qəbul etdi

Milli Məclis nüvə məsələsi ilə konvensiyaya düzəlişi qəbul etdi

Təhsil

18 Mart 2016, 12:46


Milli Məclisin növbəti iclası zamanı “Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi ətrafında müzakirələrə davam edir.  

Modern.az xəbər verir ki, deputat Elman Məmmədov SSRİ dövründə  Ağdərə rayonunun Çıldıran Dranbol ərazisində uran yataqları olduğunu xatırladıb.

“Onun bir hissəsi də Kəlbəcər rayonu ərazisindədir. İşğaldan sonra yataq işlədilir. Xaçın və Tərtər çayları vasitəsilə tullantılar Azərbaycan tərəfinə axıdılır. Çayların radiasiya yükü yoxlansa bu ortaya çıxır. Yəqinki bununla müvafiq orqanlar məşğul olur və beynəlxalq təşkilatlara müraciət ediləcək”.  

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.  

Aytən Zəhra

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı