Modern.az

Azərbaycanda pivəni nağd pula topdan satanlar cərimələnəcək

Azərbaycanda pivəni nağd pula topdan satanlar cərimələnəcək

Təhsil

18 Mart 2016, 12:51

Azərbaycanda xeyli miqdarda nağd şəkildə pivənin satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq.

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi təklif olunub.  

Dəyişikliyə əsasən, Məcəllənin 213-1-ci maddəsində "Tütün" sözü "Pivənin və tütün" sözləri ilə əvəz edilib.

Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.   

Nəzərdə tutulan dəyişiklik aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, habelə belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna edilməklə Cinayət Məcəlləsində təsbit edilməsi məqsədi daşıyır.  

Qeyd edək ki, dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.  

Aytən Zəhra

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı