
Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması,onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə VIII-X sinif şagirdləri arasında 2016-cı ilin yanvar-mart aylarında“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilib.
1-ci və 2-ci mərhələdən keçən gənc fiziklərin 3-cü mərhələyəhəsr olunan seminarı Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Seminarda AzTU haqqında məktəblilərə ətraflı məlumat verilib və bu seminarın şagirdlərə təsir edəcək müsbət tərəflərindən danışılıb.Seminarda AzTU-nun professor müəllim heyyətinin üzvləriistedadlı şagirdləri gələcəkdə AzTU-da görmək istədiklərini bildirərək onlara uğurlar arzulayıb.Sonda seminar iştiakçıları AzTU-nun laboratoriyaları ilə yaxından tanış edilib. Müsabiqənin yekun mərhələsi aprelin 6-da AzTU-da keçiriləcək.
