Modern.az

Ankara barbarının iki üzü

Ankara barbarının iki üzü

Təhsil

19 Mart 2016, 10:21


Ankaradakı dəhşətli terraktın canlı bombası, xain PKK-lı Səhər Çağla Dəmir…

37 nəfərin ölümünə, 125 nəfərin yaralanmasına səbəbkar olan terrorçuya aid iki şəkil... Birincisi terror hazırlığını keçmədən əvvəlki tələbə həyatına aid, digəri peşəkar terrorçu təlimləri keçdiyi vaxt.

Bioloji olaraq eyni, fiziki əlamətlərinə görə fərqli insanlar... Birincidə məsum gənc, digərində artıq terrorçu həyatı yaşayıb 10-larla insanın ölümündən təsirlənməyəcək, qana susamış bir vəhşi, barbar!

Baxışlar, üz cizgilərindən əsər-əlamət qalmayıb bu iki şəkil arasında...

P.S. 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir PKK-nın Suriyadakı silahlı qolu olan YPG-də təlim keçib. Qars şəhərində anadan olub. Balıkəsir Universitetində turizm və otelçilik üzrə təhsil alan  Səhər Çağla Dəmirin ailəsi 2013-cü ildə qızın itkin düşməsi barədə polisə müraciət edib. Araşdırma nəticəsində onun PKK silahlılarına qoşularaq, dağa çıxdığı müəyyənləşib. Daha sonra Balıkəsirə qayıdan tələbə qız barəsində cinayət işi başlayıb.

Səhər Çağla Dəmir martın 13-də törətdiyi o dəhşətli terrordan 5 gün əvvəl Ankaraya gəlmişdi…

İlhamə Qasımlı,
Ankara

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı