Modern.az

Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı da var - İDDİA

Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı da var - İDDİA

Təhsil

19 Mart 2016, 11:13


Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğrayan Birləşmiş Ərəb Əmirliklərinin“FlyDubai” aviaşirkətinə məxsus Boeing 737-800 sərnişin təyyarəsinin göyərtəsində ölənlər arasında azərbaycanlılar da var.

Modern.az saytı rostov.kp.ru saytına istinadən bildirir ki, həlak olan sərnişinlər arasında Rusiya vətəndaşları ilə yanaşı, əcnəbi vətəndaşlar da olub. Qeyd edilir ki, bunlar Azərbaycan, Ukrayna və Hindistan vətəndaşlarıdır.

Rusiyanın Rostov-na-Donu şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan ekipaj üzvləri də daxil 62 nəfərin hamısı həlak olub. 

Rusiyanın Mülki Müdafiə, Fövqəladə və Təbii Fəlakətlərin Aradan Qaldırılması nazirliklərinin məlumatına əsasən, təyyarə qəzasında 62 nəfər ölüb. Göyətədə 12 xarici vətəndaş olub. Bunlardan 7-si təyyarə heyətinin üzvləri, 5-i isə sərnişinlər olub

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı