Modern.az

İstanbulda terror törədildi - Çoxlu ölü və yaralı var - YENİLƏNİB

İstanbulda terror törədildi - Çoxlu ölü və yaralı var - YENİLƏNİB

Təhsil

19 Mart 2016, 13:36

İstanbulda güclü partlayış olub. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış İstanbulun məşhur İstiqlal küçəsində baş verib. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını çağırılıb.

Partlayışın Cümhuriyyət Xalq Partiyasının (CHP) binasının önündə olduğu qeyd edilib. "Sabah" qəzetinin məlumatına əsasən, partlayışda 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Partlayışın "canlı bomba" hücumu olduğu qeyd edilir.

***

Hadisə nəticəsində yaralı sayının 20-yə çatdığı bildirilir. Olayın növbəti teror aktı olduğu da qeyd edilir... Türkiyə KİV-lərinin məlumatına görə, "canlı bomba" vaxtından əvvəl işə düşüb. Onun hədəfinin İstanbulda hara olduğu istiqamətində araşdırma aparılır.

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı