Modern.az

Azərbaycan səfirliyindən qəza ilə bağlı AÇIQLAMA

Azərbaycan səfirliyindən qəza ilə bağlı AÇIQLAMA

Təhsil

19 Mart 2016, 14:27


Rusiyanın Rostov-na-Donu şəhərində qəzaya uğramış "Boeing" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Modern.az-a Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun tapşırığı ilə səfirliyin əməkdaşları Rusiya Fövqladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin nümayəndəsi podpolkovnik N.Zaytsevlə əlaqə saxlayıb. O, təsdiq edib ki, qəzaya uğramış təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.

Qeyd edək ki, Dubaydan uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün Rostov-na-Donuda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər olub. Onların hamısı həlak olub

 

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı