Ərzurumun Pasinler rayonundan şəhər mərkəzinə gələn içərisində çevik qüvvə polislərinin olduğu maşın yolun sürüşkən olması səbəbindən aşıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, yaralanan 18 polis Ərzurumda xəstəxanalara yerləşdiriliblər.
Qəzada 1 polis məmuru başından, 1 polis məmuru da ayağından yaralanarkən, yüngül xəsarət alan digər polis məmurları götürüldükləri xəstəxanalarda aparılan müalicələrin ardından evlərinə göndəriliblər.
Modern.az